İrandan Kərbəlaya zəvvar aparan avtobus aşıb, 20 nəfər ölüb

İrandan Kərbəlaya zəvvar aparan avtobus aşıb, 20 nəfər ölüb Qəza İranın Fars əyalətində baş verib
Region
113
9 Noyabr , 2016 00:21
İrandan Kərbəlaya zəvvar aparan avtobus aşıb, 20 nəfər ölüb

Bakı. 9 noyabr. REPORT.AZ/ İranın cənubunda yerləşən Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində ən azı 20 nəfər ölüb, daha 20 nəfər yaralanıb.

"Report" xəbər verir ki, avtobusda ümumilikdə 40 nəfər olub.

Avtobus İranın Yəzd şəhərindən (Ölkənin mərkəzi hissəsi) İraqın Kərbəla şəhərinə zəvvar aparırmış.

Hadisə yerində qəza xidmətinin əməkdaşları işləyir. Polis hadisənin başvermə səbəblərini araşdırır.

Son xəbərlər

Orphus sistemi