İrandan Ermənistana səfər edən turistlərin sayı 30 faiz artıb

İrandan Ermənistana səfər edən turistlərin sayı 30 faiz artıb Bu il Novruz bayramı günlərində Ermənistana 25-30 min iranlı turistin səfər edəcəyi gözlənilir
Region
17 Mart , 2017 15:55
İrandan Ermənistana səfər edən turistlərin sayı 30 faiz artıb

Bakı. 17 mart. REPORT.AZ/ Bu il Novruz bayramı günlərində İrandan Ermənistana 25-30 min iranlı turistin səfər edəcəyi gözlənilir.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu erməni şərqşünas Artyom Tonoyan martın 17-də jurnalistlərə bildirib.

Onun sözlərinə görə, 2009-2011-ci illərdə İrandan Ermənistana səfər edən iranlı turistlərin sayı kifayət qədər çox olub: “Həmin illərdə İrandan Ermənistana səfər edən turistlərin sayı ildə orta hesabla 100 minə çatırdı”, - deyə o vurğulayıb.

Ermənistan İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, son illər bu istiqamətdə artım müşahidə edilir: “2016-cı ildə İslam Respublikasından bu ölkəyə səfər edən turistlərin sayı 30 faiz artıb”. 

Son xəbərlər

Orphus sistemi