Bakı. 2 may. REPORT.AZ/ İranda baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 76-ya çatıb.
“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu İranın fövqəladə hallar təşkilatının nümayəndəsi Müctəba Xalidi bildirib.
*** 12:05
İranda baş verən zəlzələ nəticəsində azı 30 nəfər xəsarət alıb.
“Report” xəbər verir ki, məlumatı “PressTV” yayıb.
Yeraltı təkanlar nəticəsində Siseht rayonunun mərkəzində bəzi binalara zərər dəyib.
*** 10:36
İranda 5,2 bal gücündə zəlzələ olub.
“Report” İran KİV-inə istinadən xəbər verir ki, məlumatı Tehran Universiteti Seysmoloji Mərkəzi yayıb.
Təbii fəlakət ölkənin cənub-qərbində yerləşən Kohgiluye və Buyer Əhməd əyalətlərinin Siseht rayonunda baş verib. Yeratlı təkanın ocağı 8 km. dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində ölən, xəsarət alan və dağıntılar barədə hələlik məlumat yayılmayıb.