Bakı. 13 dekabr. REPORT.AZ/ İranın Kirman əyalətinin Hejdak qəsəbəsi ətrafında baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 55-ə çatıb.
“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bəzi kəndlərə elektrik enerjisi və suyun verilməsi dayandırılıb. Dekabrın 12 və 13-də əyalətdəki ali təhsil müəssisələri və məktəblər bağlanıb.
Qeyd edək ki, dekabrın 12-də Kermanın Hejdak qəsəbəsində 6,2 bal gücündə zəlzələ baş verib.