İranda zəlzələ nəticəsində ölən və yaralananlar var

İranda zəlzələ nəticəsində ölən və yaralananlar var Bakı. 7 sentyabr. REPORT.AZ/ Səhər saatlarında İranın cənub-şərqində baş vermiş zəlzələ nəticəsində 1 nəfər ölüb, daha 2-si yaralanıb.
Region
7 Sentyabr , 2018 22:30
İranda zəlzələ nəticəsində ölən və yaralananlar var

Bakı. 7 sentyabr. REPORT.AZ/ Səhər saatlarında İranın cənub-şərqində baş vermiş zəlzələ nəticəsində 1 nəfər ölüb, daha 2-si yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə İranın Qırmızı Aypara Cəmiyyətinin Sistan və Bəlucistan əyalətləri üzrə şöbəsinin rəhbəri Rəsul Raşkiyə istinadən IRNA məlumat yayıb.

"Zəlzələ nəticəsində İranşah şəhərində 18 yaşlı qız həlak olub. Bundan əlavə, yeraltı təkanların ardınca qeydə alınan afterşoklar səbəbindən daha 2 nəfər yaralanıb, onlara tibbi yardım göstərilib", - deyə Raşki bildirib.

Son xəbərlər

Orphus sistemi