İranda yeni dron təqdim olundu

İranda yeni dron təqdim olundu İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) təqdim etdiyi yeni hərbi texnikalar arasında “Me’raj-1” dronu (UAV) da var.
Region
27 iyun 2020 12:53
İranda yeni dron təqdim olundu

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) təqdim etdiyi yeni hərbi texnikalar arasında “Me’raj-1” dronu (UAV) da var.

“Report” “Tasnim”ə istinadən xəbər verir ki, 35 kiloluq kəşfiyyat uçuş vasitəsi 12 minədək fut hündürlükdə 140 km/saatadək sürətlə 10,5 saatadək müddət ərzində hərəkət edərək 5 kiloyadək yükü 1 000 kilometrədək məsafəyə daşıya, məlumatı 150 km məsafəyə ötürə bilir.

SEPAH-ın komandanı, general Hüseyn Səlaminin iştirak etdiyi mərasimdə həmçinin “BTR-50” heyət daşıyıcı vasitəsi, “So’ban-1” pulemyotu (Rusiya istehsalı RPD silahının təkmilləşdirilmiş variantı), özüyeriyən radar sistemi də var. Bütün bunlar İRGC Quru Qüvvələri Tədqiqat və Özünü Təminat Cihad Təşkilatı tərəfindən istehsal edilir.

Son xəbərlər

Orphus sistemi