İranda Xəzər dənizinin adını dəyişdirirlər

İranda Xəzər dənizinin adını dəyişdirirlər Bakı. 18 sentyabr. REPORT.AZ/ “Xəzərin adı İranın daxili xəritələrində “Kaspian”la əvəz ediləcək”.
Region
199
18 Sentyabr , 2018 10:49
İranda Xəzər dənizinin adını dəyişdirirlər
0 : 00
0 : 00

Bakı. 18 sentyabr. REPORT.AZ/ “Xəzərin adı İranın daxili xəritələrində “Kaspian”la əvəz ediləcək”.

“Report” İSNA agentliyinə istinadən xəbər verir ki, bunu İranın Xəritəçəkmə qurumunun sədri Məsud Şafi bildirib.

O deyib ki, hazırda beynəlxalq aləmdə bu dəniz “Kaspian” adlanır: “Biz onun daxili xəritələrdə də belə adlanmasını uyğun görürük.

Ötən il Körfəzlə bağlı yeni xəritə təqdim edilib. Yarım əsrdən sonra İran xəritələrində adları ingiliscə yazmağa nail olduq. Təbii olaraq, bu əhəmiyyətli hadisədə “Fars körfəzi” ifadəsi yayıldı. İndi dünyada bu addan istifadə edilir. Xəritələrimiz iki yerdə təsdiqlənib. Beynəlxalq Hidroqrafik Təşkilatda 5 mərhələdə təsdiqini səbrsizliklə gözləyirik. Bundan sonra isə çox əhəmiyyətli bir plan təqdim edəcəyik”. 

Son xəbərlər

Orphus sistemi