Ukraynanın İranda qəzaya uğrayan təyyarəsinin sərnişinlərinin hamısı həlak olub - YENİLƏNİB - FOTO - VİDEO

Ukraynanın İranda qəzaya uğrayan təyyarəsinin sərnişinlərinin hamısı həlak olub - YENİLƏNİB - FOTO - VİDEO Tehranda qəzaya uğramış Ukrayna təyyarəsində sərnişinlərin sağ qalma ehtimalı sıfıra bərabərdir.
Region
8 Yanvar , 2020 08:44
Ukraynanın İranda qəzaya uğrayan təyyarəsinin sərnişinlərinin hamısı həlak olub - YENİLƏNİB - FOTO - VİDEO

"Tehranda qəzaya uğramış Ukrayna təyyarəsində sərnişinlərin sağ qalma ehtimalı sıfıra bərabərdir".

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İSNA agentliyinə "Qırmızı Aypara" təşkilatının rəhbəri Mürtəza Səlimi bildirib.  

"Ehtimal ki, sərnişinlərdən sağ qalan yoxdur", - deyə o bildirib. 

Qeyd edək ki, hadisə İmam Xomeyni adına beynəlxalq hava limanında qeydə alınıb. Qəza zamanı təyyarədə 180 nəfər olub.


***07:41

İranda Ukrayna sərnişinlərinin olduğu "Boeing 737" sərnişin təyyarəsi qəzaya uğrayıb.

“Report” xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə İmam Xomeyni adına beynəlxalq hava limanında qeydə alınıb. Təyyarə uçuşdan az sonra yerə düşüb. Hava limanının rəhbəri məlumatı təsdiqləyib. Qəzanın texniki səbəblərdən baş verdiyi bildirilir.

Qeyd edilir ki, hadisə zamanı təyyarədə 180 nəfər olub.

Son xəbərlər

Orphus sistemi