İranda üç qadın hökumətdə vəzifəyə təyin edilib

İranda üç qadın hökumətdə vəzifəyə təyin edilib Prezident Həsən Ruhani hökumətdə rəsmi vəzifələrə üç qadın təyin edib
Region
9 Avqust , 2017 16:41
İranda üç qadın hökumətdə vəzifəyə təyin edilib

Bakı. 9 avqust. REPORT.AZ/ İran prezidenti Həsən Ruhani hökumətdə rəsmi vəzifələrə üç qadın təyin edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, daha əvvəl vəzifədən gedəcəyini açıqlayan Hüquqi məsələlər üzrə vitse-prezident Məcid Ənsarini Laya Cüneydi əvəz edib. Yeni hökumətdə Qadın və ailə məsələləri üzrə prezidentin müavini vəzifəsini Məsumə Ebtekar icra edəcək. O, bu postda prezidentin özünə Vətəndaş hüquqları üzrə köməkçi təyin etdiyi Şahinduxt Mollaverdini əvəzləyəcək.

Qeyd edək ki, Həsən Ruhani çərşənbə axşamı Nazirlər Kabinetinin yeni tərkibinin təsdiqlənməsi üçün namizədləri parlamentə təqdim edib. İndi parlament üzvləri namizədlərin şəxsi işlərini araşdıraraq onların yeni vəzifə ilə bağlı planlarını öyrənəcək.

Son xəbərlər

Orphus sistemi