İranda sualtı qayıqda partlayış olub, ölənlər var

İranda sualtı qayıqda partlayış olub, ölənlər var İranda sualtı qayıqda partlayış olub.
Region
7 Aprel , 2019 01:16
İranda sualtı qayıqda partlayış olub, ölənlər var

İranda sualtı qayıqda partlayış olub.

"Report"un məlumatına görə, bu barədə İranın Dəniz Sənayesi Təşkilatına istinadən IRNA agentliyi bildirib.

Məlumata görə, hadisə ölkənin şimal-şərqində baş verib. Partlayış nəticəsində üç nəfər həlak olub.

Xəbərdə qeyd edilir ki, sualtı qayıqda təmir işləri aparılırmış. Ekipajın iki üzvü partlayış zamanı içəridə qalıb. Üçüncü şəxs onlara kömək etmək istəyib. Lakin onların hamısı həlak olub.

Hadisənin başvermə səbəbləri müəyyənləşdirilir.

Daha əvvəl bildirilib ki, İran hökuməti ABŞ Silahlı Qüvvələrini terrorçular siyahısına daxil edə bilər.

Son xəbərlər

Orphus sistemi