İranda son sutkada 58 nəfər koronavirusdan ölüb

İranda son sutkada 58 nəfər koronavirusdan ölüb İranda koronavirusa yoluxanların sayı artıb.
Region
190
24 May , 2020 14:31
İranda son sutkada 58 nəfər koronavirusdan ölüb

İranda koronavirusa yoluxanların sayı artıb.

“Report” IRNA-ya istinadən xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur daha 2 180 nəfərdə koronavirus aşkarlandığını və bununla da yoluxma faktlarının sayı 135 701-ə çatdığını açıqlayıb.

Bildirilib ki, ölkədə koronavirusdan ölənlərin sayı daha 58 nəfər artaraq 7 417 nəfərə yüksəlib.

Bundan başqa, indiyədək 10801 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,4 milyonu ötüb. Bunların 2,2 milyon nəfərdən çoxu sağalıb, 344 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi