​İranda parlament seçkilərinin vaxtı açıqlanıb

​İranda parlament seçkilərinin vaxtı açıqlanıb Həmin gün Dini Ekspertlər Şurasına, ölkənin ali rəhbərini təsdiqləyən quruma da seçkilər keçiriləcək
Region
20 Fevral , 2015 14:05
​İranda parlament seçkilərinin vaxtı açıqlanıb

Bakı. 20 fevral. REPORT.AZ/ Gələn il fevralın 26-da İranda növbəti parlament seçkiləri keçiriləcək.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu haqda qərar İran Nəzarət Şurasının (bu qurum bütün seçkilərdə namizədlərin yoxlanılmasına məsuliyyət daşıyır ) iclasında qəbul olunub. Qərar Daxili İşlər Nazirliyi ilə də razılaşdırılıb.

Xatırladaq ki, sonuncu parlament seçkisinin birinci turu 2012-ci il martın 2-də, ikinci tur isə həmin il mayın 4-də keçirilib.

İran parlamentinə 290 deputat 4 il müddətinə seçilir.

2016-cı il fevralın 26-da, həm də Dini Ekspertlər Şurasına, ölkənin ali rəhbərini təsdiqləyən quruma da seçkilər keçiriləcək. Bu Şuraya isə 86 din xadimi ümumxalq səsverməsi ilə seçilir.

Son xəbərlər

Orphus sistemi