İranda parlament komissiyasının fövqəladə toplantısı keçirilib

İranda parlament komissiyasının fövqəladə toplantısı keçirilib Bakı. 26 iyun. REPORT.AZ/ İran parlamentinin Xarici siyasət və milli təhlükəsizlik məsələləri üzrə komissiyasının fövqəladə toplantısı keçirilib.
Region
26 İyun , 2018 17:47
İranda parlament komissiyasının fövqəladə toplantısı keçirilib
0 : 00
0 : 00

Bakı. 26 iyun. REPORT.AZ/ İran parlamentinin Xarici siyasət və milli təhlükəsizlik məsələləri üzrə komissiyasının fövqəladə toplantısı keçirilib.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu komissiyanın sədri Haşmetullah Felahetpişe bildirib.

Onun sözlərinə görə, toplantıda son günlər İran iqtisadiyyatında baş verənlər müzakirə olunub. Komissiya sədri ölkə iqtisadiyyatına ildə 63 milyard dollar xarici sərmayənin qoyulmasının vacibliyini vurğulayaraq bu istiqamətdə Xarici İşlər Nazirliyinin üzərinə düşən vəzifəni də xatırladıb.

Qeyd edək ki, ötən gün İranda milli valyutanın devalvasiyasına və bir sıra malların idxalına etiraz olaraq aksiya keçirilib. 

Son xəbərlər

Orphus sistemi