İranda koronavirusdan sağalanların sayı 100 mini ötdü

İranda koronavirusdan sağalanların sayı 100 mini ötdü İranda koronavirusa yoluxanların sayı artıb.
Region
21 May , 2020 13:59
İranda koronavirusdan sağalanların sayı 100 mini ötdü

İranda koronavirusa yoluxanların sayı artıb.

“Report” IRNA-ya istinadən xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur daha 2 392 nəfərdə koronavirus aşkarlandığı və bununla da yoluxma faktlarının sayı 129 341-ə çatdığını açıqlayıb.

Bildirilib ki, ölkədə koronavirusdan ölənlərin sayı daha 66 nəfər artaraq 7 249 nəfərə yüksəlib.

O həmçinin 2 655 pasiyentin vəziyyətinin ağır olduğunu vurğulayıb. Bundan başqa, indiyədək 100 564 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,1 milyonu ötüb. Bunların 2 milyon nəfərdən çoxu sağalıb, 330 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi