İranda koronavirusa yoluxan deputatların sayı 5-ə çatıb

İranda koronavirusa yoluxan deputatların sayı 5-ə çatıb İranda 5 deputata koronavirus diaqnozu qoyulub.
Region
29 Fevral , 2020 14:35
İranda koronavirusa yoluxan deputatların sayı 5-ə çatıb
google.az

İranda 5 deputata koronavirus diaqnozu qoyulub.

“Report” İran KİV-nə istinadən xəbər verir ki, bu barədə İran parlamentinin sözçüsü Əsədullah Abbasi bildirib.

Onun sözlərinə görə, 100 millət vəkilinə koronavirus testi edilib. 

Analizin nəticəsində 5 deputatın koronavirusa yoluxduğu məlum olub.

Qeyd edək ki, İranda rəsmi məlumatlara görə, koronavirusdan ölənlərin sayı 43 nəfərdir. Bundan əlavə, 593 yoluxma halı qeydə alınıb.

Eyni zamanda İranda səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar və deputatlar - Mahmud Sadiqi Müctəba Zünnur koronavirus daşıyıcısıdır.

Son xəbərlər

Orphus sistemi