İranda COVID-19 xəstələrinin sayı 82 min nəfəri ötdü

İranda COVID-19 xəstələrinin sayı 82 min nəfəri ötdü Son sutka ərzində İranda koronavirusa 1 343 yeni yoluxma qeydə alınıb.
Region
19 Aprel , 2020 14:38
İranda COVID-19 xəstələrinin sayı 82 min nəfəri ötdü

Son sutka ərzində İranda koronavirusa 1 343 yeni yoluxma qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirinin müşaviri Əlirza Vahabzadə bildirib.

O, qeyd edib ki, fevralın 19-dan bu günə kimi 82 211 nəfər virusa yoluxub. “Təəssüf ki, son 24 saatda 87 xəstə vəfat edib. Ölənlərin sayı 5 118 nəfərə çatıb“, - nazirin müşaviri “Twitter”dəki səhifəsində yazıb.

Onun sözlərinə ölkədə virusa yoluxmuş 57 023 nəfər sağalıb. 

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi