İranda koronavirus qurbanlarının sayı 7 minə çatdı

İranda koronavirus qurbanlarının sayı 7 minə çatdı İranda koronavirusa yoluxma ilə bağı təsdiq edilmiş halların sayı 120 mini ötüb.
Region
17 May , 2020 14:29
İranda koronavirus qurbanlarının sayı 7 minə çatdı

İranda koronavirusa yoluxma ilə bağı təsdiq edilmiş halların sayı 120 mini ötüb.

“Report” xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kianuş Cahanpur bildirib.

O, qeyd edib ki, ölkədə demək olar, 7 min insan pandemiyanın qurbanı olub.

"Ötən gün ərzində 1 806 yeni yoluxma aşkarlandı. Bu məlumatları nəzərə alsaq, virusa ümumilikdə 120 198 insan yoluxub. Xoşbəxtlikdən, artıq 94 464 pasiyent sağaldı", - Kianuş Cahanpur IRINN telekanalının efirində bildirib.

Cahanpurun sözlərinə görə, ötən gün ərzində koronavirusdan 51 nəfər ölüb. Bununla da COVID-19-un ilk dəfə aşkarlandığı 19 fevraldan ölkədə pandemiya qurbanlarının sayı 6 988-ə çatıb.

Son xəbərlər

Orphus sistemi