İranda ikili vətəndaşlığı olan qadın casusluqda təqsirli bilinib

İranda ikili vətəndaşlığı olan qadın casusluqda təqsirli bilinib İranda 3 nəfər təhlükəsizlik və cəsusluqla bağlı, o cümlədən İsrailin “Mossad” kəşfiyyat agentliyi ilə əməkdaşlıq ittihamları əsasında uzunmüddətli həbs cəzasına məhkum edilib.
Region
27 Avqust , 2019 14:50
İranda ikili vətəndaşlığı olan qadın casusluqda təqsirli bilinib

İranda 3 nəfər təhlükəsizlik və cəsusluqla bağlı, o cümlədən İsrailin “Mossad” kəşfiyyat agentliyi ilə əməkdaşlıq ittihamları əsasında uzunmüddətli həbs cəzasına məhkum edilib.

“Report” İranın dövlət televiziyasına istinadən xəbər verir ki, Ali Məhkəmə sözçüsü Qulamhüseyn İsmayıli müttəhimlərdən biri Aras Amiri adlı qadının Britaniya Şurasında çalışarkən İrandakı mədəniyyət sahəsindəki tədbirlərlə bağlı casusluq fəaliyyəti göstərdiyinə görə 10 il həbs cəzasına məhkum edildiyini bildirib.

Bununla yanaşı, İran və Böyük Britaniya vətəndaşı Ənuşeh Aşuri “Mossad” ilə əməkdaşlıq etdiyinə görə, Əli Jöhəri isə İslam İnqilabı Keşikçiləri (“Sepah”) ilə bağlı "Xətəm əl Ənbiyyə" şirkətinin həyata keçirdiyi tikinti layihələri ilə bağlı məlumatlar ötürdüyünə görə hər biri 12 il həbsə məhkum edilib.

Son xəbərlər

Orphus sistemi