İranda azərbaycanlı fəallar saxlanılıb

İranda azərbaycanlı fəallar saxlanılıb Ərdəbil vilayətində Savalan dağına dinc yürüş təşkil etmək istəyən 10-a yaxın İran azərbaycanlısı saxlanılıb
Region
18 Avqust , 2014 13:50
İranda azərbaycanlı fəallar saxlanılıb

Bakı. 18 avqust. REPORT.AZ/ İranın təhlükəsizlik və informasiya nazirliyinin əməkdaşları (ETTELAAT) Ərdəbil vilayətində Savalan dağına dinc yürüş təşkil etmək istəyən 10-a yaxın İran azərbaycanlısını saxlayıb. 

Report İran KİV-nə istinadən xəbər verir ki, nazirlik əməkdaşları aralarında məşhur azərbaycanlı fəalların olduğu bir qrup insanı saxlayıb. Bütün saxlanılan şəxslər Meşkinşəhərdə  ETTELAAT mərkəzinə gətiriliblər. Onlara qarşı İslam rejiminə qarşı yönəlmiş qanunsuz hərəkətlərdə ittiham irəli sürülüb. 

Son xəbərlər

Orphus sistemi