İranın şərqindəki Cənubi Xorasan vilayətində avtobus və yük maşınının iştirakı ilə ağır yol qəzası baş verib.
“Report” “Tasnim”ə istinadən xəbər verir ki, qəza nəticəsində 12 nəfər ölüb, 7 nəfər yaralanıb.
Vilayətin Yol Polisi rəisi polkovnik Rezai qəzanın səbəblərinin araşdırıldığını açıqlayıb.
O bildirib ki, yaralılar helikopterlə xəstəxanaya çatdırılıblar.
Məlumata görə, avtobus vilayətdəki Sərbişə şəhərinə gedirmiş.