İranda daşqın nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb, 200 nəfər yaralanıb

İranda daşqın nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb, 200 nəfər yaralanıb İranda daşqınlar nəticəsində ölənlərin sayı 32, yaralıların sayı isə 200 nəfərə çatıb.
Region
116
27 Mart , 2019 11:25
İranda daşqın nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb, 200 nəfər yaralanıb

İranda daşqınlar nəticəsində ölənlərin sayı 32, yaralıların sayı isə 200 nəfərə çatıb.

“Report” “Radio Fərda”ya istinadən xəbər verir ki, leysan yağışları nəticəsində İranın paytaxtı Tehran şəhərinin bir hissəsini, o cümlədən ölkənin 31 əyalətindən 28-də şəhər və qəsəbələri su basıb.

Çaylarda daşqın olub. Tehranda bəzi dəmiryolu səfərləri təxirə salınıb. Ölkə paytaxtı yaxınlığındakı Qan-Sulekanir avtomobil yolununda 7 metr uzunluğunda, 6 metr enində sürüşmə əmələ gəlib. Tehranın şimalında yerləşən məşhur turizm rayonları Dərbənd və Darakda restoranlar və texniki xidmət stansiyaları, martın 26-da isə İran paytaxtındakı “Nəhcül Bəlağə” parkı da bağlanıb.

Təbii fəlakət nəticəsində Qazaxıstan-Türkmənistan-İran beynəlxalq dəmiryolu xəttinə ciddi zərər dəyib.

Sinoptiklərin proqnozuna görə, martın 27-də də leysan yağışları davam edəcək. 

Son xəbərlər

Orphus sistemi