İranda 116 nəfərin koronavirusdan öldüyü iddia edilir

İranda 116 nəfərin koronavirusdan öldüyü iddia edilir İranda koronavirus infeksiyasından ölənlərin sayının rəsmi rəqəmlərdən fərqli olduğu iddia edilir.
Region
1305
27 Fevral , 2020 20:48
İranda 116 nəfərin koronavirusdan öldüyü iddia edilir
google.az

İranda koronavirus infeksiyasından ölənlərin sayının rəsmi rəqəmlərdən fərqli olduğu iddia edilir.

“Report” “Iran International” telekanalına istinadən xəbər verir ki, ölkədə epidemiyadan ölənlərin sayının 116 nəfər olduğu bildirilir.

Qeyd edək ki, İranda rəsmi məlumatlara görə, koronavirusdan ölənlərin sayı 26 nəfərdir. Bundan əlavə, 245 yoluxma halı qeydə alınıb.

Eyni zamanda İranda səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar və deputatlar - Mahmud Sadiqi Müctəba Zünnur koronavirus daşıyıcısıdır.

Xatırladaq ki, dünyada koronavirus infeksiyasından ölənlərin sayı 2 808 nəfərdir. Virus daşıyıcılarının sayı isə 82 419-dan çoxdur.

Son xəbərlər

Orphus sistemi