İran Türkiyəyə cərimənin 40 faizindən çoxunu ödəyib

İran Türkiyəyə cərimənin 40 faizindən çoxunu ödəyib Tehran satıdığı təbii qazın qiymətinin 13-15 faizini cəza olaraq ödəməlidir
Region
17 İyun , 2017 10:32
İran Türkiyəyə cərimənin 40 faizindən çoxunu ödəyib

Bakı. 17 iyun. REPORT.AZ/ İran beynəlxalq məhkəmənin kəsdiyi cərimənin 40 faizindən çoxunu Türkiyəyə ödəyib.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu İran parlamentinin Energetika üzrə komissiyasının mətbuat katibi Əsədullah Qaraxani bildirib.

Qeyd edək ki, 2012-2016-cı illərdə İran Türkiyəyə təbii qazı bölgənin başqa istehasalçılarından baha qiymətə satıb. Türkiyə hesab edirdi ki, İrandan aldığı qazın qiyməti Azərbaycan və Rusiyadan aldığı təbii qaz qiymətindən daha yüksəkdir. Türkiyənin şikayətinə baxan Beynəlxalq Arbitraj Məhkəməsi Tehrandan qiymətlərin azaldılmasını tələb etmişdi.

Həmin dövrdə İran Türkiyəyə 14,2 milyard dollarlıq təbii qaz tədarük edib.

Ötən ilin noyabrında məhkəmə İranın 1,9 milyard dolar məbləğində cərimə ödəməsi barədə qərar çıxarıb. İran Türkiyəyə satıdığı təbii qazın qiymətinin 13-15 faizini cəza olaraq ödəyəcək.

Xatırladaq ki, 1996-cı ildə tərəflər arasında imzalanan müqaviləyə əsasən, İran 25 il ərzində Türkiyəyə 10 milyard kub metr təbii qaz ixrac edəcək. Bu müqavilə 2001-ci ildən icra olunmağa başlayıb. 

Son xəbərlər

Orphus sistemi