İran yeni uzaq mənzilli raketini təqdim edib

İran yeni uzaq mənzilli raketini təqdim edib Bakı. 2 fevral. REPORT.AZ/ İran “Hoveyzeh” adlı uzaq mənzilli qanadlı raketini təqdim edib.
Region
2747
2 Fevral , 2019 13:43
İran yeni uzaq mənzilli raketini təqdim edib

Bakı. 2 fevral. REPORT.AZ/ İran “Hoveyzeh” adlı uzaq mənzilli qanadlı raketini təqdim edib.

“Report” “Press TV”yə istinadən xəbər verir ki, yeni raket İran İslam inqilabının 40 illiyinə həsr olunmuş yubiley tədbirləri çərçivəsində Tehrandakı müdafiə nailiyyətləri sərgisində nümayiş olunub.

İranın müdafiə naziri, briqada generalı Əmir Hatəmi yerli havaçılıq sənayesi mütəxəssisləri tərəfindən layihələndirilib istehsal olunan 1350 kilometrdən çox mənzilə malik raketin ən qısa vaxt ərzində uçuşa hazırlanaraq alçaqdan da uça bildiyini, yüksək dəqiqliklə yerüstü hədəfləri vurub məhv etdiyini diqqətə çatdırıb.

“Bizim özümüzə inamın rəmzi olan ”Hoveyzeh” raketi müdafiə sahəsində dünyadakı müasir texnoloji tərəqqiyə əsaslanan mühüm nailiyyətidir”, - deyən nazir İran İslam inqilabının lideri, ayətullah Seyid Əli Xaməneinin “hər cür təhlükəyə eyni səviyyədə və qətiyyətlə cavab” verəcəkləri barədə sözlərini iqtibas gətirib.

Son xəbərlər

Orphus sistemi