Bakı. 18 aprel. REPORT.AZ/ Bu gün İran Silahlı Qüvvələr Günü münasibətilə keçirilən hərbi paradda “Kemin-2” adlı yeni raket hücumundan müdafiə sistemi nümayiş olunub.
“Report” İran KİV-inə istinadən xəbər verir ki, yeni sistem aşağı yüksəklikdən uçan pilotsuz uçuş aparatını zərərsizləşdirmək qabiliyyətinə malikdir.
Xəbərdə qeyd olunub ki, “Kemin-2” “Mersad” kompleksinin yenilənmiş versiyasıdır.
Paradda “Zülfiqar” tankının son versiyası, döyüş maşınları, artilleriya və başqa silahlar da nümayiş etdirilib.