Bakı. 1 mart. REPORT.AZ/ Yəmənin parçalanma yoluna qədəm qoyması regionda heç bir tərəfə xeyir gətirməyəcək.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə IRNA-ya İranın xarici işlər nazirinin müavini Hüseyn Əmir Əbdullahiyan bildirib.
Yəmənin parçalanması təhlükəsinə diqqət çəkən Əbdullahiyan tərəfləri strateji səhv buraxmamağa çağırıb.
"Yəmən xalqı və onun liderləri ölkənin Somali və Liviyaya çevrilməsinə izn verməyəcəklər. Mən ölkədə vətəndaş müharibəsi vəziyyəti yaratmağa çalışan Ədən körfəzi ölkələrindən olan şəxsləri öz hesablamalarında strateji səhv buraxmamağa çağırıram", - deyə o bildirib.
Əbdullahiyan İranın Yəmənin ərazi bütövlüyünü və Fars körfəzi ölkələrinin bu ölkədə vəziyyətin nizamlanması üçün hazırladığı sülh planını dəstəklədiyini bildirib.