İran XİN rəhbəri Rusiyaya səfər edəcək

İran XİN rəhbəri Rusiyaya səfər edəcək Məhəmməd Cavad Zərif rusiyalı həmkarı ilə İranın nüvə proqramı və Suriyadakı vəziyyəti müzakirə edəcək
Region
2841
15 Avqust , 2015 16:11
İran XİN rəhbəri Rusiyaya səfər edəcək

Bakı. 15 avqust. REPORT.AZ/ Rusiya xarici işlər naziri Sergey Lavrov avqustun 17-də iranlı həmkarı Məhəmməd Cavad Zəriflə danışıqlar aparacaq. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib.

"Bazar ertəsi Moskvada S.Lavrovun İran XİN-in rəhbəri ilə danışıqları baş tutacaq", - M.Zaxarova deyib.  

"Nazirlər iyulun 14-də Vyanada İranın nüvə proqramına dair əldə olunan razılaşma nəzərə alınmaqla, əsas diqqəti ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə yönəldəcək. Qlobal və regional problemlər, o cümlədən Suriyadakı böhranın həlli yolları ətrafında fikir mübadiləsi aparılacaq", - Rusiya XİN-in məlumatında bildirilir. 

Son xəbərlər

Orphus sistemi