İran XİN: “Putinin İranın məktubunu Trampa verəcəyi barədə yayılan məlumatlar doğru deyil”

İran XİN: “Putinin İranın məktubunu Trampa verəcəyi barədə yayılan məlumatlar doğru deyil” Bakı. 16 iyul. REPORT.AZ/ “İranın məktubunu Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trampa verəcəyi barədə yayılan məlumat doğru deyil”.
Region
16 İyul , 2018 14:13
İran XİN: “Putinin İranın məktubunu Trampa verəcəyi barədə yayılan məlumatlar doğru deyil”

Bakı. 16 iyul. REPORT.AZ/ “İranın məktubunu Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trampa verəcəyi barədə yayılan məlumat doğru deyil”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu İran Xairic İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi iyulun 16-da keçirdiyi mətbuat konfransında bildirib.

“Rusiya və ABŞ bu danışıqlarda ikitərəfli mövzuları müzakirə edəcəklər. Bunun İrana heç bir aidiyyəti yoxdur”, - Bəhram Qasemi vurğulayıb.

İranın ali rəhbəri Seyid Əli Xaməneinin beynəlxalq məsələlər üzrə müşaviri Əliəkbər Vilayəti iyulun 13-14-də Moskvaya səfər etmiş, Rusiya Prezidenti Vladimir Putinlə görüşmüşdü. KİV-də iranlı qonağın Vladimir Putinə Donald Trampa catacaq məktubu verdiyinə dair məlumatlar yayılmışdı.

Son xəbərlər

Orphus sistemi