İranın XİN başçısı Oman körfəzində baş verənləri şübhəli hal adlandırıb

İranın XİN başçısı Oman körfəzində baş verənləri şübhəli hal adlandırıb İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Oman körfəzində tankerlərlə bağlı insidenti şübhəli hal adlandırıb.
Region
13 İyun , 2019 15:57
İranın XİN başçısı Oman körfəzində baş verənləri şübhəli hal adlandırıb

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Oman körfəzində tankerlərlə bağlı insidenti şübhəli hal adlandırıb.

"Report" xəbər verir ki, bu barədə İranın XİN başçısı "Twitter" səhifəsində yazıb.

"Yaponiyaya məxsus tankerlərə edilən hücumlar Yaponiya baş naziri Sindzo Abenin ayətullah Əli Xamənei ilə görüşdüyü və hərtərfli, dostcasına danışıqlar apardığı zaman baş verib. Şübhəli bu səhər başverənləri ifadə eləmək üçün çox yumşaq sözdür. İran tərəfindən təklif olunan regional dialoq üzrə forum zəruridir", - Zərif yazıb.

Son xəbərlər

Orphus sistemi