İran XİN başçısı: "İŞİD bu gün Əfqanıstan üçün ən əsas təhlükədir"

İran XİN başçısı: "İŞİD bu gün Əfqanıstan üçün ən əsas təhlükədir" "Regionda davamlı sülhə nail olmaq üçün daxil strategiyaya ehtiyac duyduğumuzu düşünürük"
Region
285
1 Dekabr , 2017 11:48
İran XİN başçısı: İŞİD bu gün Əfqanıstan üçün ən əsas təhlükədir
Sputnik / Vladimir Astapkovich

Bakı. 1 dekabr. REPORT.AZ/ "İŞİD bu gün Əfqanıstan üçün ən əsas təhlükədir və ölkədə radikalizmin artmasına gətirib çıxarır".

"Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Bakıda “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda 7-ci nazirlər konfransının açılış mərasimində deyib.

XİN başçısı söyləyib ki, İŞİD ilə mübarizə aparmaq üçün regional formatda birgə səyləri davam etdirmək lazımdır.

O, İranın regional səviyyədə terrorizmlə, ekstremizmlə fəal mübarizə apardığını, amma böhranın siyasi yolla həllinin tərəfdarı olduğunu bildirib: "Siyasi proses olmadan Əfqanıstanda və regionda sabitlik əldə edilməsinin qeyri-mümkün olduğu aydındır. Bu baxımdan regionda davamlı sülhə nail olmaq üçün daxil strategiyaya ehtiyac duyduğumuzu düşünürük. Zaman bizdən Əfqanıstandakı vəziyyəti həll etmək üçün səyləri və resursları birləşdirməyi tələb edir".

Narkotiklərlə mübarizə məsələsinə toxunan İranın xarici işlər naziri ölkəsinin narkotik alverinə qarşı mübarizədə Əfqanıstan ilə fəal əməkdaşlıq etdiyini vurğulayıb.

O, bölgə ölkələrini bu problemlə daha aktiv şəkildə mübarizə aparmağa çağırıb. Onun sözlərinə görə, narkotiklərin qanunsuz dövriyyəsini azaltmaq üçün Əfqanıstanın iqtisadi potensialını gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi yolu ilə nail oluna biləcək əhalinin rifahının yaxşılaşdırılması zəruridir.

Son xəbərlər

Orphus sistemi