İran XİN başçısı: “Avropa üçlüyü Trampın güzəştləri qarşılığında nüvə sazişini "satıb"

İran XİN başçısı: “Avropa üçlüyü Trampın güzəştləri qarşılığında nüvə sazişini "satıb" Böyük Britaniya, Fransa və Almaniya ABŞ Prezidenti Donald Trampın Avropa avtomobillərinə rüsum qoymayacağı vədi qarşılığında İranın nüvə sazişi üzrə Hərtərəfli Birgə Fəaliyyət Planının (HBFP) qalıqlarını “satıb”.
Region
16 Yanvar , 2020 13:02
İran XİN başçısı: “Avropa üçlüyü Trampın güzəştləri qarşılığında nüvə sazişini satıb
Məhəmməd Cavad Zərif

Böyük Britaniya, Fransa və Almaniya ABŞ Prezidenti Donald Trampın Avropa avtomobillərinə rüsum qoymayacağı vədi qarşılığında İranın nüvə sazişi üzrə Hərtərəfli Birgə Fəaliyyət Planının (HBFP) qalıqlarını “satıb”.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

“Avropa üçlüyü Trampın yeni rüsumlarından yayınmaq qarşılığında HBFP-nin qalıqlarını “satdı”. Belə getməz, dostlar! Siz sadəcə, onun iştahını qıcıqlandırırsınız... Dürüstlüyünüzü satmaq istəyirsinizsə, davam edin. Ancaq yüksək əxlaq və hüquqi əsas nəzərdə tutmayın. Sizdə onlar yoxdur", - iranlı nazir “Twitter” səhifəsində yazıb.

Xatırladaq ki, dünən “The Washington Post” qəzeti mənbələrə istinadən D.Trampın İranı HBFP-nı pozmaqda ittiham etməyəcəyi təqdirdə Paris, London və Berlini Avropa avtomobillərinə 25% rüsum tətbiq edəcəkləri ilə təhdid edib. İddiaya görə, xəbərdarlıq bu ölkələrin yanvarın 14-də nüvə anlaşması çərçivəsində mübahisələrin həlli mexanizmini işə salmasından bir həftə əvvəl edilmişdi.

Son xəbərlər

Orphus sistemi