İran Ukrayna təyyarəsinin raketlə vurulması versiyasını qəbul etməyib

İran Ukrayna təyyarəsinin raketlə vurulması versiyasını qəbul etməyib Tehran yaxınlığında qəzaya uğrayan Ukrayna təyyarəsi raketlə vurulmayıb.
Region
10 Yanvar , 2020 13:09
İran Ukrayna təyyarəsinin raketlə vurulması versiyasını qəbul etməyib

Tehran yaxınlığında qəzaya uğrayan Ukrayna təyyarəsi raketlə vurulmayıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatından bildirilib.

Bundan əlavə, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi qəzanın başvermə səbəblərinin araşdırılmasının Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) qaydalarına uyğun olaraq aparıldığını söyləyib.

"İran Ukrayna təyyarəsinin qəzaya uğraması nəticəsində vətəndaşları ölən ölkələrin mütəxəssislərinin istintaqda iştirakını alqışlayır. Bu ölkələri əldə etdikləri məlumatları qəzanın istintaqını aparan İran komitəsinə ötürməyə çağırırıq”, - XİN rəsmisi deyib.

Son xəbərlər

Orphus sistemi