İran üçtərəfli hərbi təlimlərə qonşu ölkələri də dəvət edib

İran üçtərəfli hərbi təlimlərə qonşu ölkələri də dəvət edib İran hökuməti Çin və Rusiya ilə keçirdikləri birgə hərbi dəniz təlimində iştirak etmək üçün qonşu ölkələrə də dəvət göndərib.
Region
29 Dekabr , 2019 19:11
İran üçtərəfli hərbi təlimlərə qonşu ölkələri də dəvət edib

İran hökuməti Çin və Rusiya ilə keçirdikləri birgə hərbi dəniz təlimində iştirak etmək üçün qonşu ölkələrə də dəvət göndərib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Hüseyn Xanzadi məlumat verib.

İranlı komandan həmçinin gəmiçiliyin təhlükəsizliyini regionda dəniz potensialına malik ölkələrin müştərək olaraq təmin etmələrinin vacibliyini diqqətə çatdırıb.

Xatırladaq ki, dekabrın 27-dən Oman körfəzi və Hind okeanının qonşu sularında başlayan İran, Rusiya və Çinin başlatdığı müştərək hərbi dəniz təlimlərinın sabahadək davam etməsi gözlənilir.

Son xəbərlər

Orphus sistemi