İranın Qərbi Azərbaycan əyalətinin Salmas şəhərində səhər saatlarında 4 bal gücündə zəlzələ olub.
“Report” “Mehr”ə istinadən xəbər verir ki, məlumatı Tehran Universitetinin Seysmoloji Mərkəzi yayıb.
Yeraltı təkanların ocağı 8 km dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində itki və dağıntı olub-olmaması barədə məlumat yayılmayıb.
Qeyd edək ki, Qərbi Azərbaycan əyaləti İranın şimal-qərbində yerləşir və Türkiyə ilə həmsərhəddir.