İran Sərhəd Qoşunlarna yeni komandan təyin edilib

İran Sərhəd Qoşunlarna yeni komandan təyin edilib İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei İslam Respublikası Sərhəd Qoşunlarına general Əhməd Əli Guderzini komandan təyin edib.
Region
428
6 İyun , 2020 13:22
İran Sərhəd Qoşunlarna yeni komandan təyin edilib

İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei İslam Respublikası Sərhəd Qoşunlarına general Əhməd Əli Guderzini komandan təyin edib.

“Report” xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.

Bildirilib ki, ondan əvvəl bu vəzifəni briqada generalı Qasım Rzayi tutub. O, polis qüvvələri komandanına müavin təyin edilib.

Qeyd edək ki, Əhməd Əli Guderzi bu vəzifəyə İran Polis Qüvvələrinin baş komandanı briqada generalı Hüseyin Əştərinin tövsiyəsi ilə təyin olunub.

Orphus sistemi