​İran rəsmisi: "Türkiyə ilə aramızdakı Gürbulaq-Bazargan sərhəd-keçid qapısı bağlanıb"

​İran rəsmisi: "Türkiyə ilə aramızdakı Gürbulaq-Bazargan sərhəd-keçid qapısı bağlanıb" "Ötən gün İrana aid bir yük maşını Türkiyədə hücuma məruz qalıb"
Region
12 Avqust , 2015 17:44
​İran rəsmisi: Türkiyə ilə aramızdakı Gürbulaq-Bazargan sərhəd-keçid qapısı bağlanıb

Bakı. 12 avqust. REPORT.AZ/ "Türkiyə ilə aramızdakı Gürbulaq-Bazargan sərhəd-keçid qapısı bağlanıb".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu İranın nəqliyyat və şəhərsalma nazirinin müavini Davud Keşaverzian bildirib.

Onun sözlərinə görə, ötən gün İrana aid bir yük maşını Türkiyədə hücuma məruz qalıb: "Ona görə də keçid məntəqəsində İrandan Türkiyəyə buraxılış dayandırılıb".

Nazir müavini hücumlarla bağlı Türkiyənin İrandakı səfiri Rıza Hakan Təkinlə görüşdüyünü və ölkəsinin bu məsələyə etirazını çatdırdığını söyləyib.

Qeyd edək ki, avqustun 10-da İranın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarının Türkiyəyə quru yolu ilə səfər etməkdən çəkinməyə çağırmışdı, nazirlik həmin müraciətində Türkiyənin şərqində baş verən bəzi hadisələrə görə qonşu ölkəyə quru yolu ilə deyil, təyyarələrlə səfər etməyi məsləhət görmüşdü.

Son xəbərlər

Orphus sistemi