İran rəsmisi: "Ölkədə COVID-19-dan ölənlərin sayı rəsmi rəqəmdən çoxdur"

İran rəsmisi: "Ölkədə COVID-19-dan ölənlərin sayı rəsmi rəqəmdən çoxdur" Tehran Şəhər Şurasının sədri Möhsün Haşimi koronavirusdan ölən və yoluxanların sayının İran Səhiyyə Nazirliyinin verdiyi rəsmi rəqəmlərdən çox olduğunu bildirib.
Region
20 Aprel , 2020 16:42
İran rəsmisi: Ölkədə COVID-19-dan ölənlərin sayı rəsmi rəqəmdən çoxdur
0 : 00
0 : 00

Tehran Şəhər Şurasının sədri Möhsün Haşimi koronavirusdan ölən və yoluxanların sayının İran Səhiyyə Nazirliyinin verdiyi rəsmi rəqəmlərdən çox olduğunu bildirib.

“Report” “Mehr”ə istinadən xəbər verir ki, o, rəsmi rəqəmlərə söykənərək COVID-19 virusuna qarşı mübarizə tədbirlərinin yumşaldılmasından narahatlığını ifadə edib.

M.Haşimi belə olacağı təqdirdə ikinci dalğanın geniş vüsət alacağının gözlənildiyini vurğulayıb.

Qeyd edək ki, bu gündən İranda koronavirusa qarşı mübarizə tədbirləri yumşaldılıb, şəhərlərarası sərnişindaşıma və bəzi iş yerlərinin fəaliyyətinə qoyulan məhdudiyyətlər aradan qaldırılıb. 

Son xəbərlər

Orphus sistemi