​İran prezidenti: "Urmiya gölünün vəziyyəti artıq nəzarət altındadır"

​İran prezidenti: "Urmiya gölünün vəziyyəti artıq nəzarət altındadır" Həsən Ruhanı: "Xalq və rəsmilər əl-ələ verərək, gölü yenidən həyata qaytarmağa çalışır"
Region
30 May , 2016 14:26
​İran prezidenti: Urmiya gölünün vəziyyəti artıq nəzarət altındadır

Bakı. 30 may. REPORT.AZ/ "Urmiya gölünün vəziyyəti artıq nəzarət altına alınıb və bu gölü yenidən həyata qaytarmaq üçün lazımi tədbirlər fasiləsiz olaraq həyata keçirilməkdədir".

"Report" İran KİV-inə istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani Qərbi Azərbaycan əyalətinə səfəri zamanı bildirib.

Onun sözlərinə görə, üç il öncə ilə müqayisədə qurumaqda olan Urmiya gölündə suyun səviyyəsi 10 sm artıb: "Xalq və rəsmilər əl-ələ verərək, Urmiya gölünü yenidən həyata qaytarmağa çalışır".

Qeyd edək ki, Qərbi Azərbaycanda yerləşən Urmiya gölü İranda ən böyük göl hesab olunur. 

1967-ci ildə Urmiya gölü qoruq elan olunub və UNESCO-nun qorunan təbii ərazilər siyahısına daxil edilib. 

Son xəbərlər

Orphus sistemi