​İran prezidenti Səudiyyə Ərəbistanını tənqid edib

​İran prezidenti Səudiyyə Ərəbistanını tənqid edib “Aviahücumlar bütün region ölkələrində narazılıq yaradıb”
Region
18 Aprel , 2015 20:32
​İran prezidenti Səudiyyə Ərəbistanını tənqid edib

Bakı. 18 aprel. REPORT.AZ/ İran prezidenti Həsən Ruhani Yəməndə üsyançı husilərin bombardıman edilməsində iştirakına görə Səudiyyə Ərəbistanını tənqid atəşinə tutub.

“Report” BBC-yə istinadən xəbər verir ki, Milli Ordu Günü münasibəti ilə keçirilən tədbirdə çıxış edən prezident aviahücumların bütün region ölkələrində narazılıq yaratdığını vurğulayıb.

Səudiyyə Ərəbistanı prezident Əli Abdulla Salehiyə sadiq qüvvələrə və üsyançılara qarşı mübarizə aparan koalisiyaya başçılıq edir.

Son xəbərlər

Orphus sistemi