İran prezidenti nüvə sazişinin iştirakçı ölkələrini ABŞ-a qarşı tədbir görməyə çağırıb

İran prezidenti nüvə sazişinin iştirakçı ölkələrini ABŞ-a qarşı tədbir görməyə çağırıb Bakı. 2 noyabr. REPORT.AZ/ İranla nüvə sazişinin iştirakçısı olan ölkələr Beşliyi Vaşinqtonun Tehrana qarşı tətbiq etmək niyyətində olduğu sanksiyalara qarşı ən qısa zamanda tədbir görməlidirlər.
Region
2 Noyabr , 2018 07:27
İran prezidenti nüvə sazişinin iştirakçı ölkələrini ABŞ-a qarşı tədbir görməyə çağırıb

Bakı. 2 noyabr. REPORT.AZ/ İranla nüvə sazişinin iştirakçısı olan ölkələr "Beşliyi" Vaşinqtonun Tehrana qarşı tətbiq etmək niyyətində olduğu sanksiyalara qarşı ən qısa zamanda tədbir görməlidirlər.

“Report” TASS-a istinadən xəbər verir ki, İran prezidenti Böyük Britaniya, Almaniya, Çin, rusiya və Fransaya cümə axşamı Londonun "Financial Times" qəzetində dərc olunan məqaləsində bu çağırışla çıxış edib.

"ABŞ-ın nüvə sazişindən çıxmasından sonra, biz Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) yerdə qalan iştirakçıları ilə konstruktiv danışıqlar apardıq. Onların dəstəyi mühüm oldu, lakin həm Avropa tərəfi, həm də Çin və Rusiyanın (E3+2 qrupu) Birləşmiş Ştatların son birtərəfli və ekstraterritorial sanksiyalarının tətbiq olunmamışdan əvvəl ziyanını qarşılayacaq və təsirini zəiflədəcək təklif edilmiş son tədbirlər paketini təqdim və tətbiq etmələri həyati əhəmiyyətə malikdir. Bu tarixi saziş yalnız o halda xilas ola bilər ki, İran xalqı ona təklif olunan üstünlükləri görə və ondan istifadə edə bilsin", - deyə prezidentin məqaləsində bildirilir.

İran prezidenti Həsən Ruhani bundan əvvəl ABŞ-ın yeni sanksiyalarından qorxmadıqlarını bildirmişdi.

Son xəbərlər

Orphus sistemi