Bakı. 17 sentyabr. REPORT.AZ/ Gələn həftə Fransanın iş adamları yüz nəfərlik heyətlə İrana səfər edəcək. "Report" xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.
Fransa
Xatırladaq ki, noyabrda İran prezidenti Həsən Ruhaninin Parisə səfəri planlaşdırılıb. Ölkənin baş naziri Manuel Vallsın sözlərinə görə, Fransa prezidenti Fransua Olland Həsən Ruhani ilə Suriyadakı vəziyyəti də müzakirə edəcək.
Qeyd edək ki, bu, son 16 ildə İran prezidentinin Fransaya ilk səfəri olacaq.