İran Pentaqonu terror təşkilatları siyahısına daxil edib

İran Pentaqonu terror təşkilatları siyahısına daxil edib İran prezidenti Həsən Ruhani Pentaqonun terror təşkilatları siyahısına daxil edilməsini özündə ehtiva edən parlamentin qanun layihəsini təsdiqləyib.
Region
13 yanvar 2020 12:42
İran Pentaqonu terror təşkilatları siyahısına daxil edib

İran prezidenti Həsən Ruhani Pentaqonun terror təşkilatları siyahısına daxil edilməsini özündə ehtiva edən parlamentin qanun layihəsini təsdiqləyib.

Bu barədə “Report” “Tasnim”ə istinadən xəbər verir.

Qeyd edək ki, 2019-cu ilin aprel ayında İranda ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının qadağan olunmuş təşkilat kimi tanınması barədə qanun qəbul edilib. İndi isə sənədə dəyişiklik edilib. Artıq Pentaqonun bütün üzvləri və onlarla əlaqəli müəssisə və təşkilatlar terrorçular siyahısına daxil edilib.

Daha əvvəl müvafiq qanun layihəsi İran Konstitusiyasının Qəyyumlar Şurası tərəfindən təsdiqlənmişdi.

Son xəbərlər

Orphus sistemi