​İran parlamentinin sədri Rusiyaya səfər edib

​İran parlamentinin sədri Rusiyaya səfər edib Əli Laricani deyib ki, Rusiya başqa dövlətlərin parlamentləri ilə əməkdaşlıq edərək, yeni qurum yaratmaq istəyir
Region
2732
19 Aprel , 2016 08:53
​İran parlamentinin sədri Rusiyaya səfər edib

Bakı. 19 aprel. REPORT.AZ/ İran parlamentinin sədri Əli Laricani Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin dəvəti ilə Moskvaya səfər edib.

"Report" İran KİV-inə istinadən xəbər verir ki, Ə.Laricani deyib ki, Rusiya başqa dövlətlərin parlamentləri ilə əməkdaşlıq edərək, yeni qurum yaratmaq istəyir: "Hazırda Orta Şərqdə bir sıra əhəmiyyətli proseslər yaşanır. Digər tərəfdən isə iqtisadi baxımdan region inkişaf edir. Bundan başqa bölgəmiz təhlükəsizlik sahəsində böhranlarla üz-üzədir. İran hesab edir ki, belə şəraitdə müqavimət göstərmək üçün yeni qurumların yaradılması doğrudur. Parlamentimiz bu təklifi müsbət dəyərləndirir".

Məlumata görə, Əli Laricaninin başçılıq etdiyi heyət yeni yaradılması nəzərdə tutulan "Avrasiya Sədrlər Forumu"nda başqa dövlətlərin parlament təmsilçiləri ilə görüşlər də keçirməyi planlaşdırılıb. 

Son xəbərlər

Orphus sistemi