İran-Pakistan sərhədində atışma olub, bir hərbçi ölüb

İran-Pakistan sərhədində atışma olub, bir hərbçi ölüb Bakı. 19 iyul. REPORT.AZ/ İran-Pakistan dövət sərhədində iranlı sərhədçilərlə naməlum şəxslər arasında baş verən atışma nəticəsində bir hərbçi ölüb.
Region
19 İyul , 2018 11:50
İran-Pakistan sərhədində atışma olub, bir hərbçi ölüb
0 : 00
0 : 00

Bakı. 19 iyul. REPORT.AZ/ İran-Pakistan dövət sərhədində iranlı sərhədçilərlə naməlum şəxslər arasında baş verən atışma nəticəsində bir hərbçi ölüb.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu məlumatı İran Daxili İşlər Nazirliyi yayıb.

Bildirilib ki, hadisə İranın cənub-şərqində Zahidan şəhəri yaxınlığında baş verib.

İranın bu hissəsində bəluclar yaşayır. Onlar milli haqlarının təmin olunması uğrunda silahlı mübarizə aparır. Bundan başqa, İrana narkotik maddələrin də daha çox bu istiqamətdən gətirildiyi barədə məlumatlar yayılır.

Son zamanlar İranın təhlükəsizlik qüvvələri ilə yerli silahlı qruplaşmalar arasında tez-tez atışma olur. 

Son xəbərlər

Orphus sistemi