İran nüvə proqramını genişləndirmək qərarına gəlib

İran nüvə proqramını genişləndirmək qərarına gəlib Bakı. 10 sentyabr. REPORT.AZ/ İranda uranın zənginləşdirilməsi üçün sentrifuqun istehsalı üzrə yeni müəssisə açılıb.
Region
10 Sentyabr , 2018 22:29
İran nüvə proqramını genişləndirmək qərarına gəlib

Bakı. 10 sentyabr. REPORT.AZ/ İranda uranın zənginləşdirilməsi üçün sentrifuqun istehsalı üzrə yeni müəssisə açılıb.

"Report" "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Təşkilatın rəhbəri Əli Əkbər Salehi bildirib.

"İranın dini lideri, ayətullah Əli Xamneyinin sərəncamlarına əsasən sentrifuqların istehsalı üzrə müasir sex açılıb və o, çox yaxşı təchiz edilib", - deyə o bildirib. Təşkilatın rəhbəri müəssisənin gücü barədə təfərrüatları açıqlamayıb.

Salehi həmçinin bildirib ki, mütəxəssislər Tehranda tədqiqat reaktorunu tamamilə yenidən qurub. "İran Avropa ölkələrindən biri ilə reaktorun işinin daha da təkmilləşdirilməsi ilə bağlı böyük müqavilə imzalayıb", - deyə o bildirib.

Təşkilat rəhbəri əlavə edib ki, bütün bu addımlar İranın nüvə proqramına dair sazişi pozmur.

Son xəbərlər

Orphus sistemi