İran koronavirusa görə ölkə daxilində səyahətləri məhdudlaşdırdı

İran koronavirusa görə ölkə daxilində səyahətləri məhdudlaşdırdı “Şəhərlərdə karantin tətbiq etmək əvəzinə, yoluxmaqda şübhəli bilinənlər və ya infeksiyaya yoluxanların hərəkətinə məhdudiyyət qoyacağıq. İnsanlardan səyahət etməmələrini xahiş edirəm”.
Region
269
27 Fevral , 2020 10:45
İran koronavirusa görə ölkə daxilində səyahətləri məhdudlaşdırdı

“Şəhərlərdə karantin tətbiq etmək əvəzinə, yoluxmaqda şübhəli bilinənlər və ya infeksiyaya yoluxanların hərəkətinə məhdudiyyət qoyacağıq. İnsanlardan səyahət etməmələrini xahiş edirəm”.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bunu İranın Səhiyyə naziri Səid Namaki deyib.

Nazir bildirib ki, şəhərin girişində insanların temperaturunu ölçəcək və yoluxmuş və ya yoluxmaqda şübhəli bilinənləri dayandıracaq xüsusi komandalar olacaq.

O, həmçinin bir neçə ziyarətgaha, o cümlədən Məşhəddəki İmam Rza Qumdakı Fatimə-i Məsumə türbələrinə girişin məhdudlaşdırıldığını elan edib.

“Bütün bu addımlar müvəqqətidir, vəziyyət dəyişərsə, biz onları gücləndirə və ya zəiflədə bilərik”, - o deyib.

Qeyd edək ki, son rəsmi məlumatlara görə, İranda yeni növ koronavirusa 139 yoluxma halı qeydə alınıb, 19 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi