İran İsraili Tel-Əvivi məhv edəcəyi ilə hədələyib

İran İsraili Tel-Əvivi məhv edəcəyi ilə hədələyib Tehran İsrailin baş naziri Netanyahunun son çıxışlarından narazıdır
Region
132
12 Aprel , 2018 22:19
İran İsraili Tel-Əvivi məhv edəcəyi ilə hədələyib

Bakı. 12 aprel. REPORT.AZ/ İran hökuməti İsraili Tehrana qarşı axmaq addımlar atmamağa çağırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu bəyanatla İslam Respublikasının ali dini lideri Əli Xamneyinin nümayəndələrindən biri çıxış edib.

İslam İnqilabı Keşikçiləri Korpusundan olan Əli Şirazinin sözlərinə görə, İran İsrailin şəhərlərini məhv edə bilər.

O bildirib ki, İsrail "daha bir neçə gün mövcud olmaq istəyirsə", öz davranışlarına fikir verməlidir.

"Əgər onlar İrana bir bəhanə verərlərsə, Tel-Əviv və Hayfa məhv ediləcək", - deyə TASS onun sözlərini sitat gətirib.

Bundan əvvəl İsrailin baş naziri Binyamin Netanyahu bildirib ki, Tehran ölkənin "qətiyyətliliyini sınağa çəkməyə" son qoymalıdır. Onun sözlərinə görə, İsrail İranın təcavüzünə ciddi cavab verəcək.

Son xəbərlər

Orphus sistemi