Bakı. 18 sentyabr. REPORT.AZ/ “İraqın şimalı referendum nəticəsində mərkəzdən ayrılarsa, o zaman İran İraqın şimalı ilə sərhədi bağlayacaq”.
“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu İran Ali Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani İraqın şimalında yerli hökumətin sentyabrın 25-də “müstəqillik haqqında" keçirməyi planlaşdırdığı “referendum"a münasibət bildirərkən deyib
“İraq hakimiyyəti ilə sərhəd haqqında razılaşmamız var. İki ölkə arasındakı sərhəd xidməti də bu anlaşmaya əsasən fəaliyyət göstərir. İraqın şimalındakı hökumətin mərkəzdən ayrılması həmin bölgədəki bütün sərhəd–keçidlər məntəqələrinin bağlanması deməkdir”, - Əli Şəmxani vurğulayıb.