İran-İraq sərhədində zəlzələ olub

İran-İraq sərhədində zəlzələ olub Bakı. 10 sentyabr. REPORT.AZ/ İranın qərbində yerləşən Kirmanşah əyalətinin Sərpoli-Zahar rayonunda 4,1 bal gücündə zəlzələ olub.
Region
10 Sentyabr , 2018 10:12
İran-İraq sərhədində zəlzələ olub
0 : 00
0 : 00

Bakı. 10 sentyabr. REPORT.AZ/ İranın qərbində yerləşən Kirmanşah əyalətinin Sərpoli-Zahar rayonunda 4,1 bal gücündə zəlzələ olub.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bu məlumatı Tehran Universitetinin Seysmoloji Mərkəzi yayıb.

Bildirilib ki, İraqla sərhədə yaxın ərazidə yerləşən Kirmanşah əyalətində zəlzələ 12 km dərinlikdə baş verib.

Yeraltı təkanlar nəticəsində ölənlərin, xəsarət alanların və dağıntıların olub-olmadığı barədə məlumat yayılmayıb.

Qeyd edək ki, ötən il noyabrın 12-də Kirmanşah əylətində baş vermiş zəlzələ nəticəsində 540 nəfər ölmüş, 8 mindən çox sakin yaralanmışdı. 

Son xəbərlər

Orphus sistemi