Bakı. 23 may. REPORT.AZ/ İran, Hindistan və Əfqanıstan Tehranda tranzit və nəqliyyat daşımalarının İslam Respublikasının Çabahar limanından keçərək daşınmasının inkişafı haqda üçtərəfli razılaşma imzalayıblar.
"Report" xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.
Məlumata görə, imzalanma mərasimində İran prezidenti Həsən Ruhani, Əfqanıstan prezidenti Əşrəf Qəni və Hindistanın baş naziri Narendra Modi iştirak ediblər.
Əldə edilən razılaşma əsasında Hindistan istehsalı olan mallar Əfqanıstana, bu ölkə isə İran limanı vasitəsilə Hindistana mal göndərə biləcək.
Qeyd edək ki, Əfqanıstan prezidenti Əşrəf Qəni və Hindistanın baş naziri Narendra Modi İran rəsmiləri ilə ikitərəfli görüşlər də keçiriblər. İranla Hindistan arasında əməkdaşlığa dair 12 sənəd imzalanıb.